Misir Yunanıstanla olan müqaviləni təsdiqlədi
18.08.2020
Misir parlamenti Yunanıstanla imzalanan eksklüziv iqtisadi zona haqqında anlaşmanı təsdiqləyib.
Anlaşmaya əsasən, tərəflər dəniz sərhədlərini qismən təyin edib və gələcəkdə aparılacaq danışıqlar nəticəsində bu sərhədlər tamamilə müəyyənləşəcək.
Qeyd edək ki, Afina rəhbərliyi, iyulun 9-da İtaliya, avqustun 7-də isə Misirlə eksklüziv iqtisadi zona haqqında müqavilələr imzalayıb.