Belarus üçün təhdid deyilik - NATO
18.08.2020
NATO Belarus üçün təhdid kəsb etmir və ölkədəki situasiyanın inkişafını diqqətlə izləyir.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"NATO Belarus üçün təhdid kəsb etmir və regionda hərbi bazası yoxdur. Biz əvvəlki kimi ciddi şəkildə müdafiə olunuruq və müttəfiqlərimizə qarşı istənilən aqressiyanın qarşısını almağa hazırıq”, – deyə o bildirib.