Ərəblər İsraillə dostlaşır?
17.08.2020
Ərəb Dövlətləri Liqasının 5 üzvü İsraillə münasibətləri normallaşdırmaq istəyir.
"The Jerusalem Post" qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail və BƏƏ arasından münasibətlərin normallaşma prosesini digər ərəb ölkələri də yaxından izləyir.
İddia edilir ki, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş, Oman və Bəhreyn BƏƏ ilə anlaşmanın nəticələrini əsas götürərək, İsrail ilə münasibətləri normallaşdırmağa hazırlaşırlar.
Qeyd edək ki, BƏƏ-İsrail arasındakı anlaşmaya Oman və Bəhreyn dəstək versə də, digər adı çəkilən ölkələr heç bir açıqlama verməyib.