21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya bu peyvəndin ikinci sınaq mərhələsinə başladı

17.08.2020

Novosibirsk "Vektor" Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzi koronavirusa qarşı vaksinin sınağının ikinci mərhələsinə başlayıb.

Bu barədə Rusiya İstehlakçı Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətin ("Rospotrebnadzor”) rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, növbəti sınaq mərhləsində iştirak edən könüllülərin hamısı özlərini yaxşı hiss edirlər.

"Klinik sınaqların ikinci mərhələsi başladı. Peyvənd olunan könüllülərin səhhətində heç bir mənfi reaksiya müşahidə olunmayıb. İnyeksiya yerində ən kiçik qızartı belə yoxdur", - Popova bildirib.

Qeyd edək ki, qeydə alınmış peyvəndin mülki dövriyyəsi tədqiqatın üçüncü mərhələsindən, təxminən bir ay sonra başlayacaq.