MİT-dən şok əməliyyat: Murad Kalko öldürüldü
16.08.2020
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində PKK-nın "Agit Qarzan” kod adlı terrorçu Murad Kalko məhv edilib.
MİT əldə olunan kəşfiyyat nəticəsində Hakurkda əməliyyat keçirib və Murad Kalko öldürülüb. Onun PKK terrorçularının rəhbəri Murad Qayailanla yaxın olduğu da bildirilib.
Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi digər əməliyyatda isə PKK terrorçusu da məhv edilib.