Yunis Hüseynov bu kluba baş məşqçi təyin edildi
16.08.2020
Bu gün "Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Müşavirənin sonunda Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması qərara alınıb.
Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.
Qeyd edək ki, bundan əvvəl "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov idi.