Polşa və ABŞ hərbi saziş bağladı
15.08.2020
Polşa və ABŞ hərbi saziş imzalayıblar.
Sözügedən sənə ABŞ tərəfindən Dövlət Katibi Mayk Pompeo, Polşa tərəfindən Milli Müdafiə naziri Mariuş Blaşak imzalayıb.
Sənəd hər iki ölkənin prezidentləri Andjey Duda və Donald Trampın ötən il Vaşinqtonda imzaladıqları bəyannamənin davamıdır.
Polşada hazırda beş minə yaxın ABŞ əsgəri var.
"Polşa ilə ABŞ arasındakı hərbi əməkdaşlıq Avropanın biz, xüsusilə də Baltikyanı ölkələr və Ukrayna yerləşən hissəsinin təhlükəsizliyinin güclənməsi deməkdir”, - Duda sənədi imzalayarkən bildirib.