Bu ölkələrdəki vətəndaşlarımız ölkəyə gətiriləcək
15.08.2020
Qazaxıstan və Türkmənistan, Mərkəzi Asiyadakı vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Eyni zamanda Rusiyadan həftə içində vətəndaşlarımız quru yolu ilə ölkəmizə gətiriləcəklər. Gürcüstandan da vətəndaşlarımızın gətirilməsi eyni qaydada təmin olunacaq. Vətəndaşlarımızın gətirilməsi zamanı çarter reysləri də fasilələr ola bilər ki, burada hava şəraiti də rol oynayır"