Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
14.08.2020
Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.
Bu barədə Nazirlikdən "Report”a məlumat daxil olub.
Bildirilir ki, N.Mustafayev ölkədə aparılan islahatlar, o cümlədən kadr dəyişiklikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tutduğu vəzifədən azad olunub.