Bu qərar Fələstinə xəyanətdir - Türkiyə
14.08.2020
İsrail-BƏƏ münasibətlərinin normallaşması ilə bağlı əldə olunan razılaşmaya Fələstin sərt reaksiya göstərməklə haqlıdır.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Ərəb Dövlətlər Liqasının BƏƏ tərəfindən təktərəfli qərarla ləğv edilməsinə çalışmaq narahatedici məqamdır. Onsuz da ABŞ planı üzərində hərəkət edən BƏƏ bu şəkildə Fələstinin iradəsini yox sayır. BƏƏ rəhbərliyi Fələstin adından İsraillə danışıqlar aparmaq və Fələstin üçün vacib olan məsələlərdə güzəştə getmək haqqına sahib deyil. Öz maraqları üçün Fələstin məsələsinə xəyanət edən BƏƏ-nin bu ikiüzlü davranışını tarix də, bölgə xalqlarının vicdanı da unutmayacaq və bağışlamayacaq”, - məlumatda vurğulanıb.