Ərdoğan Afinaya səsləndi: Şou göstərməyin!
13.08.2020
Bu gün Almaniya kansleri Angela Merkel və Avropa Şurasının sədri ilə telefon əlaqəsi saxlayacam.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin xarici siyasətdə aktiv bir yol izləməsi bəzilərini narahat edir:
"Bu günə kimi Şərqi Aralıq dənizində gördüyümüz işlər qanun çərçivəsində olub. Bölgədə gərginliyi yaradan Türkiyə deyil, yunan rəhbərliyidir. Bütün bunlar Türkiyəni dənizdən əhatəyə almaq üçün atılmış addımlardı. Buna heç vaxt icazə verməyəcəyik. Heç bir ölkə Türkiyədən icazəsiz bölgələrimizdə axtarış apara bilməz. Heç kim şou göstərməsin. Yunanıstanla həmişə diplomatik danışıqların tərəfdarı olmuşuq”.