Prezidentlər arasında telefon DANIŞIĞI
13.08.2020
Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı münasibət təsdiqlənib. İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyatı münasibətilə təbrik edib.
Bundan əlavə, 2020-ci ilin iyul ayında baş verən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Rusiya tərəfindən gərginliyi artıracaq hər hansı bir hərəkətin qarşısının almağının vacibliyi vurğulanıb", - deyə Kremlin məlumatında qeyd olunub.