21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Cəzanın yüngül olması əsası ilə apellyasiya protesti verilib

12.08.2020


Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq, ittiham aktı iyunun 16-da Lerik rayon prokuroru tərəfindən təsdiq edilib və iş baxılması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 2020-ci il 30 iyul tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.