Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12.08.2020
Rusiyan iki həftə ərzində koronavirus infeksiyasına qarşı ilk "Sputnik V” vaksininin tətbiqinə başlayacaq.
Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat yayıb.
Onun sözlərinə görə, peyvənd vurdurmaq tamamilə könüllü şəkildə olacaq.
"Hazırda koronavirus peyvəndi ehtiyacını ilk növbədə Rusiyada qarşılamaq lazımdır”, - Muraşko bildirib.
Xatırladaq ki, bir müddət öncə Rusiya "Sputnik V" adlı dünyanın ilk koronavirus peyvəndini qeydə alıb.