Belarusda pirotexnika satışı qadağan edildi
12.08.2020
Belarus hökuməti avqustun 12-dən davam edən etiraz aksiyaları səbəbindən ölkə ərazisində pirotexniki vasitələrinin satışını qadağan edib.
Bu barədə Nazirlər Kabinetinin milli hüquqi internet portalında məlumat yerləşdirilib.
Qeyd edək ki, ixtişaşçılar Belarusun bir sıra şəhərlərində OMON-çulara qarşı pirotexniki vasitələrdən istifadə ediblər.