Çexiya ABŞ hərbçilərini qəbul etmədi
11.08.2020
Çexiya hakimiyyəti ABŞ hərbçilərinin ölkə ərazisində yerləşdirilməsinə heç bir səbəb görmür.
Bunu jurnalistlərı açıqlamasında Çexiya Baş naziri Andrey Babiş deyib.
"Niyə biz Amerika hərbçilərimizi ərazimizdə yerləşdirməliyik? Çexiya bunda maraqlı deyil. Biz NATO-da müttəfiqik, amma bu, heç nəyi dəyişmir. Hələlik bəlli deyil ki, bu hərbçilər hara yönləndiriləcək. Mən demişəm ki, bizi daha çox ticarət münasibətləri və şirkətlərimizin biznesi maraqlandırır”, – deyə o bildirib.