Ceyhun Bayramov və Çavuşoğlu görüşü - VİDEO
11.08.2020
Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu, C.Bayramovun XİN rəhbəri kimi ilk səfəridir.
***
Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun təkbətək görüşü keçirilir.
Bu barədə Azərbaycan XİN-in rəsmi Tvitter səhifəsində bildirilib.