Qızıma bu vaksindən vuruldu - Putin
11.08.2020
Rusiya Prezidenti Vladimir Putin qızlarından birinin koronavirusa qarşı peyvənd edildiyini deyib.
Bu açıqlamanı Putin hökumət nümayəndələriylə görüşündə COVİD-19 əleyhinə ilk Rusiya peyvəndinin dövlət qeydiyyatına alınması barədə danışarkən bildirib.
"Qızlarımdan biri bu vaksinlərlə peyvənd olundu. O, bu eksperimentdə iştirak etdi. İlk peyvənddən sonra onun temperaturu 38, ertəsi gün isə 37 yarım və artıq hər şey bitdi”, – deyə Putin bildirib.