Millət vəkili iki oğlunun təhsili üçün 300 min xərcləyib?
11.08.2020
Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İllik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqıdır. Üstəlik yaşama və yemək xərcləri.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O iddia edib ki, Azərbaycandan da o ali məktəbdə övladlarını oxutduranlar var:
"Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə – 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib”, -C.Həsənli qeyd edib.