Sərkisyanın xaç oğlu tutuldu
10.08.2020
İrəvan məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Levon Sərkisyanın həbsi barədə vəsatəti təmin edib.
Bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.
Qeyd edək ki, avqustun 6-da Rusiyanın Zelenoqrad şəhərində saxlanılan Levon Sərkisyan Rusiya hüquq-mühafizə orqanları tərəfindən Ermənistana ekstradisiya olunmuşdu.
Sərkisyan Ermənistan Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın iqamətgahına 11 il əvvəl baş verən hücumun iştirakçılarından olub.
Levon Sərkisyan Respublikaçılar Partiyasından deputat seçilib. O, eks-prezident Serj Sərkisyanın xaç oğludur.