Putindən 5 səhifəlik məktub aldım - Lukaşenko
09.08.2020
Rusiya Prezidenti Vadimir Putindən ölkədə saxlanılan ruslarla bağlı bütün faktları əks etdirən məktub almışam.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Bəli, mən Putinlə telefon danışığı zamanı Rusiyanın qardaşlıqdan tərəfdaşlıq münasibətinə keçdiyi üçün narazılığımı bildirdim. Rusiya prezidenti tərəfindən isə açıq şəkildə belə deyildi: "Biz sizinlə qardaşlıq əlaqələri quracağıq”, - Lukaşenko bildirib.
Lukaşenko rusların saxlanması ilə bağlı Rusiya prezidentindən beş səhifəlik məktub aldığını deyib:
"İndi İstintaq Komitəsi bu faktları nəzərdən keçirir. Perspektivlərə gəlincə, kimsə Rusiya ilə münasibətlərimizin tamamilə pisləşəcəyini gözləyirsə, səhv edir”.