İran-İraq sərhədində zəlzələ oldu
09.08.2020
İranın İraqla olan sərhədində 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 121 km şimal-şərqdə, 48 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib