Taliban: Silahı Rusiyadan ALMIRIQ
08.08.2020
Rusiya ilə yalnız siyasi əlaqələrimiz var.
Bunu Talibanın Siyasi Ofisinin rəhbəri Süheyl Şahin deyib. O, Talibanın bir çox yerdən o cümlədən Əfqanıstan ordusundan da silah aldığını bildirib:
"Bizim Əfqanıstanda silah ehtiyatımız var. Biz həmçinin silahı Kabil administrasiyasından da alır. Bir dəfə onların yüz minlərlə silahının itməsinə dair məlumat yayılmışdı. O zaman onların silahını biz almışdıq. Bizim döyüş sursatımız yetəri qədərdir və biz onların hamısını Kabil administrasiyasından almışıq”.