Fatih maaşının üçdə bir hissəsindən imtina etdi
08.08.2020
"Qalatasaray”ın baş məşqçisi Fatih Terim koronavirus epidemiyası səbəbindən maliyyə böhranı yaşayan kluba öz dəstəyini verib.
"Haber7” məlumat verir ki, illik 18 milyon türk lirəsi qazanan təcrübəli mütəxəssis maaşının 1/3 hissəsindən imtina edib.
F.Terim, həmçinin, transfer xərclərinin də azaldılmasının tərəfdarı olduğunu bildirib.