Paşinyanı hakimiyyətə onlar gətirib
08.08.2020
Soros Fondu Ermənistanda fəaliyyət konsepsiyasını yayımlayıb. Konsepsiyanın adı və bütün bəndləri göstərir ki, konkret qüvvələr ciddi maliyyə, insan və digər investisiya resursları nəticəsində addım-addım Ermənistan hakimiyyətinə daxil olurlar. Konsepsiyadan aydın olur ki, məhz Soros Nikol Paşinyanı hakimiyyətə gətirib.
Bu məlumatı "168 Jam” qəzeti yayıb.
Qəzet Sorosun Ermənistanda fəaliyyətinin ilk günündən etibarən bütün diqqətini məhkəmə sisteminə yönəltdiyini bildirib. Belə ki, Ermənistanda hakimlərin təyin olunduqları ilk gündən Sorosun müşahidəsi altında olduqları vurğulanıb:
"Sorosun Ermənistanda ikinci addımı penitensiar sistem idi. Gözlənildiyi kimi, penitensiar sistemin probleminin həlli zamanı əsas dəstək müəyyən xüsusi qrupa – LGBT-yə edilib. Bundan sonra fond polisə sızıb. Hazırda polis sistemində aparıcı vəzifədə "sorosçular”dır”.