21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Virus bu tarixdə yoxa çıxacaq - Tanınmış həkimdən AÇIQLAMA

07.08.2020

"Koronavirus - SARS-CoV-2 virusu "Ağır kəskin respirator sindrom koronavirusu sayılır. Çünki koronavirus 2001-ci ildə olan SARS-CoV-1 ilə struktur baxımdan bir-birinə çox yaxındır, demək olar ki, analojidir. SARS-CoV-1 virusu 6-7 ay davam edib. Fevral ayından başlayan koronavirusun da davam sürəti 8-9 ay proqnozlaşdırılır. Bu da payızın sonuna təsadüf edir".

Bu sözləri Tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Tanınmış həkim əlavə edib ki, koronavirus o qədər mutasiyaya uğrayır ki, zəifləyir və əvvəlki yoluxduruculuq, öldürücülük qabiliyətini itirir:

"Ona görə, virus zəifləyib ya yoxa çıxır, ya da az ehtimalla bədəndə qalır. Herpes və bu kimi viruslar da bədəndə qalsa da, artıq sakitləşəcək.

Azərbaycanla bağlı proqnoz vermək nisbətən çətindir. Bizdə birinci dalğa koronativ surətdə gedib sona çatacaq, yoxsa ikinci dalğa başlayacaq bunu demək çox çətindir. Dünya ölkələrində epidemik tədbirlər nəticəsində ikinci dalğanın olacağını gözləmək mümkündür. Lakin bu birinci dalğa qədər intensiv və ağır olmayacaq.

Payız vaxtı əsas problemlərdən biri də budur ki, koronavirusla yanaşı soyuqdəymə xəstəlikləri də inkişaf edir. Məsələn, payız və qış vaxtı el arasında qrip adlandırdığımız soyuqdəymə infeksiyaları çox insanlarda müşahidə olunur.

Beləliklə hamı bir-birinə bu xəstəliyi yoluxdurur. Ona görə, koronavirusun son zəngi çalınana qədər maska taxmaq, sosial məsafə gözləmək və dezinfeskiya qaydalarına riayət etmək mühümdür".