Xirosimaya atom bombası buna görə atılıb - Patruşev
06.08.2020
ABŞ 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombasını SSRİ və digər ölkələri qorxutmaq üçün atmışdı.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, Xirosima və Naqasakidə baş verən faciəyə haqq qazandırmağın mümkün olmadığını bildirib:
"İnsanlıq tarixində yeganə hərbi atomu tətbiq etməklə ABŞ-ın əsas məqsədi SSRİ və digər ölkələri qorxutmaq olub”.