Zelenski hərbi kəşfiyyat rəhbərini istefaya göndərdi
06.08.2020
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna hərbi kəşfiyyatının rəhbəri Vasili Burbanı vəzifədən azad edib.
bu məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.
Burbanın yerinə Kiril Budanov rəhbər təyin olunub. Zelenskinin bu addımı ölkənin təhlükəsizliyi ilə bağlı müasir yanaşmalar axtardığı üçün atdığı vurğulanıb.
Qeyd edək ki, Vasili Burba Ukrayna hərbi kəşfiyyatına 2016-cı ildən rəhbərlik edib.