21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiyanın Aiçi bölgəsində fövqəladə vəziyyət elan olunub

05.08.2020



Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasında da koronavirusa yoluxma hallarının sayı kəskin artdığına görə fövqəladə vəziyyət rejimi elan edilib.

Yaponiya KİV-ləri xəbər verir ki, bu barədə prefekturanın qubernatoru Hideaki Omura avqustun 5-də bəyan edib.

"Fövqəladə vəziyyət rejimi avqustun 6-dan 24-dək davam edəcək. Biz Aiçi sakinlərini lazımsız və təcili olmayan səfərlərdən çəkinməyə, o cümlədən prefekturadan kənara, digər regionlara səyahət etməməyə çağırırıq”.

Qeyd edək ki, mərkəzi şəhəri Naqoya olan Aiçi prefekturası Hönşü adasının mərkəzi hissəsində yerləşir. Bu prefekturada təqribən 7,5 milyon insan yaşayır. Eyni zamanda, burada çoxsaylı sənaye müəssisələri yerləşir.

Bildirilir ki, son doqquz gündə prefekturada sutkada 100-dən çox koronavirusa yoluxan qeydə alınıb və bu fakt yerli hakimiyyət orqanlarını məhdudiyyət tədbirlərini gücləndirməyə vadar edib. Aiçi prefekturasından əvvəl Okinava və Mie prefekturalarında da fövqəladə vəziyyət rejimi elan edilib.

Əlavə olaraq qeyd edək ki, Yaponiyada son sutka ərzində 1200-dən çox koronavirusa yoluxan qeydə alınıb. Beləliklə bütün ölkə üzrə bu virusa yoluxanların ümumi sayı 41 min 400 nəfəri ötüb, 1035 nəfərin həyatını itirdiyi bildirilir.