Məktəblərin açılması COVID-un ikinci dalğasına səbəb ola bilər
05.08.2020
Sınaq və izləmə sistemi olmadan İngiltərədə məktəblərin yenidən açılması qış aylarında əvvəlkindən ikiqat ağır olan ikinci COVID dalğasının yaranmasına səbəb ola bilər.
Rusiyanın "novoye-vremya.com” saytı xəbər verir ki, London Kollec Universiteti və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçılarının gəldiyi qənaət belədir.
Alimlər məktəblərin tam və ya natamam rejimdə, yaxud həftənin ayrı-ayrı günlərində fəaliyyət göstərəcəyini nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı müxtəlif ssenarisini modelləşdiriblər.
"Böyük Britaniyada sentyabrda məktəblərin tam açılması 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - deyə ölkənin elm adamları bildirirlər.