03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Psixoloq təqdim edir: Böhran uşaqlara necə təsir edir?

05.08.2020


Böhran insanın uşaqlıqdan başlayaraq müəyyən yaş aralıqlarında, ani psixoloji dəyişikliklər ilə müşahidə olunan dövr aralığıdır. Böhranlar xəstəlik deyil, sadəcə uşağın inkişafını göstərən amildir.
 
Hər birinin başlama və bitmə vaxtı var. İnvidual olaraq, böhranı keçirtmə şəraitinə görə bu davam etmə müddəti artıb-azala bilər. İdeal olan isə qeyd olunacaq müddətlərdə baş verməsidir. 

Uşaqlıq dövründə baş verən böhranları L.S.Viqotski, A.N.Leontyev və D.B.Elkonin tərəfində öyrənilmişdir. Onların böhran nəzəriyyələri qismən bir-birilərindən fərqlənir. L.S.Viqotski bu böhranları 5 yerə bölür:

1. Yenidoğulan böhranı- prenatal (ana bətnindəki) dövrdən posnatal (doğulduqdan sonrakı) dövrə keçid
2. 1 yaş böhranı- 1 yaşından başlayır və davam etmə müddəti bir neçə aydan, 6 aya kimi davam edə bilir.
3. 3 yaş böhranı- 3 yaşdan 5-6 yaşa kimi davam edir. Bir çoxumuzun bildiyi "Edip kompleksi” məhz bu böhranla bağlıdır.
4. 7 yaş böhranı- məktəbəqədər və məktəb dövrü arssında baş verir. U.ağın yeni mühitə və cəmiyyətə sərbəst çıxması ilə əlaqədardır.
5. Yeniyetməlik böhranı- 13 yaşından başlayır və 17 yaşa kimi davam edə bilir. Ən uzun müddətli böhrandır və xüsusiyyətlərinə görə "3 yaş böhranı”-nı xatırladır.
A.N.Leontyevin fikrinə əsasən isə uşağın inkişaf dövrlərini bir-birindən ayıran aparıcı fəaliyyət növüdür və hər dəfə bir növdən digərinə keçmə anı böhranı əks etdirir.
D.B.Elkonin isə uşağın inkişafını 3 böyük mərhələyə bölürdü:

 Körpəlik
 Uşaqlıq
 Yeniyetməlik

O, böhranları bu mərhələlər arasında baş verən və "kiçik”, "böyük” olaraq bölünən kimi qeyd edirdi. Buna əsasən 7 böhran baş vermiş olur:

1. Yenidoğulan böhranı;
Körpəlik mərhələsində:
2. 1 yaş böhranı- kiçik böhran kimi;
3. 3 yaş böhranı- "Mən özüm” dövrü böyük böhran kimi;
Uşaqlıq mərhələsində:
4. 6-7 yaş böhranı- məktəbə adaptasiya dövrü, kiçik böhran;
5. 12 yaş böhranı- yetkinlik hissinin yarandığı dövr, böyük böhran;
Yeniyetməlik mərhələsində:
6. 15 yaş böhranı- özünü anlama dövrü, kişik böhran;
7. 17 yaş böhranı- uşaqlığın bitməsi və yetkinliyə keçid, böyük böhran.

Böhran dövrlərində uşaqla birlikdə addımlayıb, onun kimi düşünmək bu dövrü daha asan keçirməyinizə kömək edəcək. Əlbəttə valideynlərə çətin ola bilər, lakin bu mərhələlər uşaqlar üçün də rahat keçmir. Ona görə də onları maksimum anlamaq və böhranları rahat keçirtmələri üçün şərait yaratmaq lazımdır. Çünki, bu onların böyüməsinə icazə vermək deməkdir. 

Sözsüz ki, uşağın istənilən dövründə qaydalar, sabit qanunlar ola bilər. Şərait yaratmaq qaydasızlıq demək deyil, dəstək olmaq deməkdir. Bu zaman böhranlar daha asan və müddəti uzanmayaraq keçir.
Növbəti postlarda yetkinlik dövründə insanın keçirtdiyi böhranlar haqqında məlumat verəcəyik və böhranların hər biri haqqında ayrı olaraq müzakirə edəcəyik.

Şəhla Zeynallı, 
psixoloq