03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sahibkarlar acınacaqlı vəziyyətə düşüb - Deputat

05.08.2020

Koronavirus pandemiyası təkcə tibbi yox, həm də iqtisadi, sosial, psixoloji və digər sahələrə də mənfi təsir göstərdi. Həm biznesin inkişafı, həm də insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı vəsait ayrılıb.
bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Məsimli bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyat biznesin üzərində dayanıb:

"Amma artıq biznes ya çöküb, ya da çətin vəziyyətdədir. Ona görə də sahibklara 98 milyon, mikro sahibkarlara 64 milyon ayrılıb. Amma bu gün onların düşdüyü vəziyyət acınacaqlıdır və bu vəsait onlar üçün azdır. Sahibkara qısa müddət ərzində normal dəstək olmasa, bir müddətdən sonra 1 milyard vəsait ayrılsa da, onlara xeyri olmayacaq. Sahibkara vəsait verilmədiyi üçün onlar da maaş verə bilmir. Ona görə də xeyli insan işsiz siyahısına qoşulub, amma bundan heç kimin xəbəri yoxdur”.