Saakaşvili: Gürcüstan artıq yoxa çıxır
05.08.2020
Mixail Saakaşvili adı Avropa radarlarından yoxa çıxmayacaq, Gürcüstan adı üçün isə bu baxımdan böyük təhlükə var.
Bunu "Pirveli” televiziyasına müsahibəsində Gürcüstan eks-prezidenti Mixail Saakaşvili deyib.
"Mən Avropanın ən böyük ölkəsində baş nazir vəzifəsinə namizəd ola bilərəm. Siz Ukrayna mətbuatı ilə tanış olub, buna əmin ola bilərsiniz. Mənim Ukraynada çox vacib rolum var. Biz artıq Gürcüstanın ölkə kimi yoxa çıxmasından danışmalıyıq. İvanişvili istəyirdi ki, Saakaşvili dünya radarlarından yox olsun. Mən bütün dünya radarlarında çox dəqiq şəkil təmsil olunuram, Gürcüstan isə artıq orada yoxdur” – deyə o bildirib.