Rusiyanın hazırladığı peyvənd ilk sertifikatlaşdırılmış vaksin olacaq
04.08.2020
Koronavirusa qarşı Rusiya peyvəndi yaxın 10 gün ərzində qeydiyyata alına bilər, bundan sonra o, dünyada COVID-19 əleyhinə istehsalına başlanacaq ilk peyvənd olacaq.
İlin sonunda peyvəndin istehsal həcmi ayda 10 milyon doza olmalıdır.
Hindistan və Braziliya da daxil olmaqla, iyirmidən çox dövlət rusiyalı tərəfdaşlarına sözügedən peyvəndi öz ərazilərində istehsal etmək istədiklərini bildiriblər.
Qeyd olunur ki, Rusiyanın hazırladığı peyvəndin orqanizm üçün təhlükəsizliyi təsdiqlənib və heç bir yan təsiri müşahidə edilməyib.