Tibbi heyət Uhandan Azərbaycana yola düşdü
04.08.2020
COVID-19 pandemiyası ilə qlobal mübarizə çərçivəsində Çindən Azərbaycana tibbi heyət yola düşüb.
Çinin Siçuan əyalətinin cənub-qərbindəki Çengdu şəhərində yerləşən Qərbi Çin xəstəxanasından bir qrup həkim COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana kömək etmək üçün göndərilib.
Tibbi qrupa daxil olan 10 nəfər ağciyər və intensiv tibbi müalicə, epidemiologiya, laboratoriya, ənənəvi Çin təbabəti və Qərb təbabətinin inteqrasiya olunmuş müalicəsini əhatə edən müxtəlif sahələr üzrə mütəxəssisdir. Onların bəziləri Uhanda epidemiya ilə mübarizə aparıb.
Çinli tibbi heyət yaxın həftələrdə azərbaycanlı həmkarları ilə birgə işləyəcək, Çinin pandemiya ilə mübarizə təcrübəsini bölüşəcəklər.