TƏBİB: Ümid edirik ki, artım baş verməyəcək
03.08.2020
"May ayında yumşalmalardan sonra xəstə sayında artım olmuşdu. Ümid edirik ki, bu dəfə bu, baş verməyəcək. Ancaq bununla belə biz hazırlıqlı olmalıyıq”.
bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O, işlərin eyni qaydada davam etdirildiyini bildirib: "Çarpayı sayında artımlar olub. Yeni modul tipli xəstəxanalar açılıb. Yeni laboratoriyaların açılması da nəzərdə tutulur. Biz bütün qüvvəmizlə pandemiya ilə mübarizəyə hazır olmalıyıq”.