Elmar Məmmədyarov Belarusa getdi
21.06.2018
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, E.Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Tədbir çərçivəsində nazir E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
"DM"