Gürcüstanın keçmiş baş nazirinin oğlu saxlanıldı
03.08.2020
Gürcüstanın keçmiş Baş naziri Zurab Jvaniyanın oğlu Besarion Jvaniya Tiflisdə saxlanılıb.
Besarion Jvaniya Gürcüstan parlamentinin keçmiş deputatı Qoqi Topadzenin nəvəsi Levan Topadzeyə hücumda ittiham olunub. Məlumata görə, Jvaniya Levan Topadzeni soyuq silahla yaralayıb. İnsidentin şəxsi konflikt əsasında gerçəkləşdirildiyi vurğulanıb.