Ehramları yadplanetlilərin tikdiyini deyən Maska - Dəvət
02.08.2020
Misir ehramlarının hallüsinasiya olduğunu və yadplanetlilər tərəfindən tikildiyini iddia edən məşhur milyarder, "SpeyX” kosmik şirkətinin sahibi İlon Mask bu ölkəyə dəvət alıb.
Misirin Beynəlxalq Əməkdaşlıq naziri Raniya əl-Məşhat məşhur milyarderi ölkəsinə çağırıb.
"Sizin fəaliyyətinizi heyranlıqla izləyirəm və Misir piramidalarının necə tikildiyi, oradakı sərdabələr haqqında daha dolğun məlumat almaq üçün ölkəmizə dəvət edirəm”, - nazir qeyd edib.