21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Seçkilər təxirə salındı - ABŞ dərhal reaksiya verdi

02.08.2020

Pekin rəhbərliyi Honkonq xalqına və ya beynəlxalq ictimaiyyətə verdiyi vədlərə əməl etmək niyyətində deyil.

bunu ABŞ Dövlət katibi Mayk Pompeo Honkonqda seçkilərin təxirə salınması ilə bağlı danışarkən deyib.

"Bu qədər uzunmüddətli fasilə üçün heç bir səbəb yoxdur. Ehtimal ki, Honkonqda bir daha seçkilər keçirilməyəcək. Honkonq xalqı uzun illərdir azad və ədalətli seçkilər üçün istəklərini nümayiş etdirir. Bir daha qəbul edilən qərarı nəzərdən keçirməyə dəvət edirik. Şeçkilər bir an əvvəl keçirilməlidir. Əgər seçkilər keçirilməzsə, çox təəssüf ki, Honkonq Çinin başqa bir kommunist şəhəri olma yoluna davam edəcək”, - dövlət katibi bildirib.

Qeyd edək ki, Honkonq rəhbəri Kerri Lam sentyabrın 6-da keçirilməsi planlaşdırılan Qanunvericilik Şurasına seçkilərin 1 il müddətinə təxirə salındığını açıqlayıb.