Təyyarə məcburi eniş etdi - SƏBƏB
21.06.2018
Rusiyanın Novosibirsk şəhərində "Aeroflot" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi məcburi eniş edib.
Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Qərb-Sibir nəqliyyat prokurorluğunun rəsmi nümayəndəsi Oksana Qorbunova bildirib.
Onun sözlərinə görə, Moskva-Tomsk reysini həyata keçirən təyyarənin göyərtəsində 149 sərnişin olub və xəsarət alan olmayıb.
Bildirilir ki, təyyarə artıq Tomska yola düşüb.