Olimpiya çempionu COVID-19-a yoluxub
01.08.2020
Cənubi Afrika Respublikasından (CAR) olan dünya və olimpiya çempionu Ueyd Van Niker koronavirusa yoluxub.
Bu barədə "DH les Sports” nəşri xəbər yayıb.
İki dəfə dünya, 2016-cı ildə isə 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu olmuş idmançının COVID-19 üçün götürülən test nümunələri müsbət çıxıb.
Ueyd Van Niker avqustun 1-də İtaliyanın Triyest şəhərində keçiriləcək yarışlarda iştirak etməli idi.