Akar meydan oxudu: Azərbaycanlı qardaşlarımız...
01.08.2020
Azərbaycan türkü bizim can qardaşımızdır. Biz həmişə deyirik: Bir millət, iki dövlət. Buna görə də Azərbaycan türkü ilə bizim münasibətlərimizi yaxşı başa düşmək lazımdır.
Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar beynəlxalq media qurumlarından birinə müsahibəsində deyib.
"Biz taledə birik və bərabərik. Azərbaycan torpaqlarının 20 faizi 30 ildir Ermənistanın işğalı altındadır. Bunu görmək və bilmək lazımdır. Bizim Azərbaycana dəstəyimiz iyul ayında sərhəddə yaşanmış hadisələrlə bağlı deyil. Bu son dəstək sadəcə iki ölkənin münasibətlərinin davamıdır. Biz dünən olduğu kimi, bu gün də, sabah da azərbaycanlı qardaşlarımızın yanındayıq”, - Akar bildirib.