Bu maddələrin idxalına nəzarət gücləndirilir - RƏSMİ
21.06.2018
Qida Təhlükəsizliyi Agentliyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarəti gücləndirəcək.
Bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.
Tələblərə gəlincə, M.Piriyev bildirib ki, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə veriləcək.