Prezidentdən “ASAN xidmət”lə bağlı SƏRƏNCAM
31.07.2020
Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının "ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq üç milyon manat ayrılıb.
Maliyyə Nazirliyimüvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.