21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda müşahidə olunan - Faktiki hava

30.07.2020

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 mm, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2 mm, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 mm olub.

Bərdə rayonuna saat 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

Şimal-qərb küləyi iyulun 30-u səhər saatlarından başlayaraq 15-20 m/s-dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33, aran rayonlarında 31-38, dağlıq rayonlarda 20-24, Naxçıvan MR-da 35-41 dərəcə isti olub.