03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Teleşounun iştirakçısı qadınlara təcavüz edirmiş - VİDEO

30.07.2020

"X Factor” istedadlar teleşousunun sabiq iştirakçısı Fillip Blekuell 22 il ərzində doqquz qadına cinsi təcavüz edib və cinayət əməllərini videoya çəkib.

"Metro”nun məlumatına görə, britaniyalı kişi ilk təcavüzünü 1997-ci ildə edib, sonra daha bir neçə qadın onun cinayətinin qurbanı olub.

F.Blekuell qurbanlarının bəzilərinin gözlərini və əllərini bağlayıb.

Britaniyalı 2008-ci ildə "X Factor” layihəsində iştiak edib. O zaman musiqi nömrəsi ilə çıxış edən kişi final mərhələsini keçə bilməyib. Bundan sonra o, daha bir neçə qadını zorlayıb.

Qurbanların əksəriyyəti gənc və tənha qadınlar olub. Blekuell onları izləyib, avtomobildən müşahidə edib. O, kimliyini gizlətmək üçün təcavüz zamanı balaklav və ya maska taxıb, həmçinin irland ləhcəsi ilə danışıb.

Blekuell polisə müraciət edəcəkləri təqdirdə qurbanları təkrar təcavüzlə hədələyib.

56 yaşlı kişi artıq saxlanılıb və ömürlük həbsə məhkum edilib.