Dünyanın ən bahalı brendləri məlum oldu - SİYAHI
29.07.2020
Məşhur "Forbes" jurnalı dünyanın ən bahalı brendlərinin reytinqini açıqlayıb.
Əpl şirkəti 241,2 milyard dollarla siyahıda birinci yerdə qərarlaşıb.
İkinci yerdə brendi 207.5 milyard dollar məbləğində qiymətləndirilən Quql şirkəti yer alıb. 162.9 milyard dollarlıq göstərici ilə Maykrosoft brendi üçüncü olub.
Amazon (135.4 milyard dollar) dördüncü, Feysbuk isə (70.3 milyard dollar) isə siyahıda beşinci yerdə qərarlaşıb.