Ayaz Mütəllibovun səhhəti pisləşib? - Açıqlama
29.07.2020
Hazırda eks-prezident Ayaz Mütəllibovun səhhəti normaldır. Müalicə kursu keçdi, şükür Allaha, hər şey yaxşıdır. Əslində ciddi bir şey yox idi. Təzyiq problemi vardı. Ona görə də bir balaca narahat idi.
Bunu açıqlamasında eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənoğlu deyib.
Onun sözlərinə görə, eks-prezidentin səhhəti nə tam yaxşıdır, nə də pis:
"Sağlıq durumu yaşına uyğundur. Hazırda şəhərdən kənardadır, bağ evində dincəlir. Mütaliə ilə məşğuldur. Memuarlarının üzərində işləyir”.
Qeyd edək ki, 82 yaşlı Ayaz Mütəllibov bir müddət əvvəl mətbuata açıqlamasında səhhətinin yaxşı olmadığını, müalicə kursu keçdiyini bildirmişdi.