21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putinlə Ərdoğanın Qarabağ müzakirəsi: Nələr dəyişir?

29.07.2020

Türkiyə regionda gücləri balanslaşdırmaq üçün Azərbaycanın milli məsələləri və Cənubi Qafqazdakı vəziyyətlə məşğul olmağa başlayır.

Bu sözləri politoloq Rüstəm Şahsuvarov Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərini şərh edərkən deyib.

O bildirib ki, Rusiya təkbaşına Qafqazda sabitliyi təmin edə bilmir, buna görə də Türkiyənin müdaxiləsi lazımdır:

"Ərdoğan və Putin telefon danışığı apardılar və Qafqazdakı vəziyyəti müzakirə etdilər. İctimaiyyətə onlar arasındakı söhbətin ikinci dərəcəli hissəsi çatdırıldı və əsl məğzi barədə məlumat verilmədi. Biz isə bilirik ki, Qafqaz Rusiya-Türkiyə təsirinin kəsişdiyi bölgədir və Putin hazırkı reallığı etiraf edir. İki liderin danışığında söhbət üçün başqa mövzu da yox idi”.

R.Şahsuvarovun sözlərinə görə, indi Rusiya Türkiyənin Azərbaycana yardımı və Türkiyənin bölgədəki hərbi mövcudluğu ilə hesablaşmağa məcburdur:

"Rusiya hər zaman Türkiyəni Qafqazdan uzaqlaşdırmaq, türk təsirinin qarşısını almaq və Qafqazı öz "qoruğu”na çevirmək üçün əlindən gələni edib. Ancaq gözümüzün önündə dünyanın güclü dövlətinə çevrilən Türkiyənin artıq sürətlə və davamlı inkişafını Rusiya nəzərə almaya bilməz”.

Politoloq onu da əlavə edib ki, yeni reallığın formalaşmasına təsir edən amillərdən biri də Azərbaycan və Türkiyənin birgə hərbi təlimləridir:

"Bu, qardaş Türkiyədən Azərbaycana səmərəli hərbi yardımın göstərilməsi, ölkəmiz üçün doğma olan Türkiyə ordusundan Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində böyük bir addımdır. Qeyd etmək lazımdır ki, manevrlər yalnız Türkiyənin 1921-ci il Qars və Moskva müqavilələrinə görə məsuliyyət daşıdığı Naxçıvanda deyil, həm də Azərbaycan ərazisinin əsas hissəsində - Bakı, Gəncə, Yevlax, Kürdəmirdə keçiriləcək. Bundan əlavə, ən yeni silahlardan və çox sayda kadr ehtiyatından istifadə olunacaq. Bütün bunlar çox önəmli nüanslardır”.